Daha bir neçə rayonda “Vətən Bağı” yaradıldı
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
Kapital Bank-ın və Qırmızı Ürəklər Fondunun dəstəyilə ölkəmizin 29 şəhər və rayonlarında 55 kənd məktəbində müxtəlif bədii kitab nümunələrindən ibarət "Kitab Gəzər" kitabxanası formalaşdırılıb.
25 may-14 iyun 2023-cü il tarixləri aralığında baş tutan səfərlərdə hər iki komandanın könüllüləri, uşaq nəşriyyatlarının rəhbərləri və kitab müəllifləri iştirak etmiş, məktəblilər ilə faydalı vaxt keçiriblər.
Layihə çərçivəsində 55 kənd məktəbinə ümumilikdə 2750 ədəd kitab hədiyyə edilib. Bədii ədəbiyyat nümunələrindən ibarət olan "Kitab Gəzər" kitabxanaları kənd məktəbləri, uşaq evi, sığınacaqlar, cəzaçəkmə müəssisələri, regionlardakı icma mərkəzləri və s. kimi yerlərdə formalaşdırılmaqdadır.
2019-cu ildən fəaliyyət göstərən “Kitab Gəzər” layihəsinin əsas məqsədi bölgələrdə yaşayan məktəbliləri mütaliə etməyə cəlb etməkdir. Kitab azlığı olan bölgələrdə məktəblilərin maariflənməsi və oxu qabiliyyətinin inkişafı üçün onları kitablarla təmin etməkdir. Ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da maariflənməsinə az da olsa töhfə verməkdir. Layihə paytaxtdan könüllü şəkildə bağışlanan kitabları toplayır və onları regionlarda yaşayan gənclərə çatdırır.
Qeyd edək ki, “Qırmızı Ürəklər” 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fond kimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara və digər ehtiyacı olanlara yardımlar edir. https://redhearts.az saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək olar.
Layihə çərçivəsində hər rayonda, həmin rayonun şəhidlik zirvəsinə ucalan igidlərin sayına uyğun ağac əkilib.
"Vətən Bağı" layihəsi ilk olaraq Kürdəmir və Saatlı rayonlarında keçirilib.
Qırmızı Ürəklər Fondu dəstəyi ilə təşkil olunmuş tədbir Qarabağ müharibəsində zərər çəkmiş vətəndaşlara yardıma həsr olunmuşdur.
Kapital Bank və Qırmızı Ürəklər (Red Hearts) Fondu daun sindromlu şəxslər üçün yeni layihəyə başlayır. “Hər şey mümkündür!” adlı layihənin əsas məqsədi diqqətdən kənarda qalan bu insanların istər mənəvi, istərsə də maddi cəhətdən cəmiyyətdə aktiv iştirakını təmin etməkdir.
Layihə çərçivəsində Ağcabədi rayonunda görmə məhdudiyyətli uşaqlara uşaq ədəbiyyatı kateqoriyasında audio kitablar hədiyyə edilib.