Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib.
Qırmızı Ürəklər Fondu öz missiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyata keçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib.
Layihənin əsas məqsədi heyvanlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsidir.
Könüllümüz Nihad Hüseynlinin təşəbbüsü ilə bir qrup könüllü “Pəncəli Ürəklər” aksiyası çərçivəsində Müşfiqabad qəsəbəsində yerləşən “BARS Sahibsiz Heyvanlar sığınacağına” qida yardımı ediblər.
4 oktyabr - Heyvanların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş aksiyada sahibsiz heyvanların müalicəsi və qida ehtiyacları qarşılanıb.
“Qırmızı Ürəklər” Fondunun könüllüləri «Доброе Сердце» heyvan sığınacağının pəncəli sakinləri üçün bir müddətlik qida və tibbi ləvazimat ehtiyaclarını qarşılayıb və onlarla çox şən vaxt keçirdiblər.