Qırmızı Ürəklər Fondu “Tarix yazan qəhrəmanlarımız” layihəsi çərçivəsində ötən gün Cəlilabad, Yevlax, Kürdəmir rayonlarından olan şəhid və qazi ailələrini sevindirib. 10 ailə tam təmirli, müasir standartlara cavab verən fərdi yaşayış evləri ilə təmin edilib.